43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib

Cəmiyyət


Qax rayonunda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 6-da rayonun Tanqıt kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 43 yaşlı Fehruz Fərzəliyev qarğıdalı bitkilərini kənd təsərrüfatı təyinatlı dərmanla dərmanlayarkən zəhərlənib. 

O, xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

İlhamə Əbülfət

www.102info.az

Spread the love