Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.
“Trend” həmin göstəriciləri təqdim edir:
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Göygöl, Şəmkirdə kiçik, Daşkəsən, Gədəbəydə orta, Naftalan, Tovuzda yüksək, Ağdam, Tərtər, Ağstafa, Gəncədə isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Qax, Zaqatala, Balakəndə kiçik, Şəki, Qəbələ, Oğuzda isə orta yanğın təhlükəsi növünə çatıb.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Şahdağda kiçik, Qusarda orta, Xızıda yüksək, Quba, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi İsmayıllıda orta, Şamaxıda yüksək, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 07.08.2023-cü il tarixində yanğın indeksi Lerikdə kiçik, Astarada orta, Yardımlıda yüksək, Lənkəranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Qeyd edək ki, avqustun 8-10-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.
www.102info.az