Biləcəri dairəsində dayanacaq pavilyonu olsa da, avtobuslar həmin yerdə yox, qarşı yolda saxlayırlar. Sərnişinlərin isə məhz bu istiqamətdə avtobus gözləməsi onlar üçün əlavə çətinliklər yaradır.
İnsanlar yayda günəşin, soyuq aylarda isə yağış və qarın altında avtobus gözləmək məcburiyyətində qalırlar.
Avtobus sürücüləri pavilyonlu dayanacağın qarşısında saxlamamalarının səbəbinə aydınlıq gətiriblər.
Sürücülərin sözlərinə görə, minik avtomobilləri, xüsusilə də taksilər ərazini zəbt etdiyindən onlar dayanacağa daxil olmaqda çətinlik çəkirlər.
Ətraflı Baku TV-nin videomaterialında:
www.102info.az