Yıxılmamaq üçün söykəndiyi avtomobil ölümünə səbəb oldu

Cəmiyyət


Astara rayonunda üç gün əvvəl söykəndiyi avtomobilin hərəkət etməsi nəticəsində yıxılaraq xəsarət alan şəxs ölüb.

“Report”un Cənub bürosunun məlumatına görə, avqustun 5-də şəhərin Qum küçəsində 1942-ci il təvəllüdlü şəhər sakini Əlisəfa İbrahimov yol ayrıcında olduğu zaman halı pisləşib.

O, yıxılmamaq üçün işıqforda dayanan avtomobilin arxa tərəfinə söykənib. Amma o, avtomobil hərəkət edən zaman yerə yıxılıb və xəsarət alıb.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən 81 yaşlı kişi orada müalicə aldıqdan bir gün sonra evə buraxılıb.

O, bu gün evində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir