Təhsilsiz diş həkimlərinə NƏZARƏT EDİLİRMİ?

Cəmiyyət


Addımbaşı rast gəlinən stomatoloji kabinetlərin çoxluğu ciddi narahatlıq və narazılıq yaradır. Çünki günbəgün artan bu kabinetlərdəki xidmətin keyfiyyəti çox aşağı olur. Hətta bu kabinetlərdə bəzən qeyri-peşəkarlar işləyir. Bu isə cəmiyyət üçün çox ciddi təhlükə yaradır.

Çünki hazırda bir sıra yoluxucu xəstəliklər və hətta Hepatit C kimi qorxulu xəstəliklər naşı diş həkimlərinin səhlənkarlığı üzündən yayılır.

Mövzu ilə bağlı stomotoloq Sevil Rəhmanova ilə həmsöhbət olduq. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, stomatoloji kabinetlərin durmadan artması sosial bəlaya çevrilib:

“İmkanı olan kabinet açır. Bəziləri hətta lisenziya almadan fəaliyyət göstərir. Ən pisi də odur ki, kabineti işlədənlərin bir qismi təsadüfi adamlar olur.

Bunlar əsasən üç qrupa bölünür. Bir qrup şəxslər kimlərinsə yanında nəsə öyrənib, sonra da gəlib kabinet açır.

Digər bir qism isə texniki işçilərdir. Haradasa texniki bilik alır, sonradan həkimlik eşqinə düşür. Üçüncü qism insanlarsa xaricdə “təhsil alan”lardır. Gedib yaxın ölkələrin hansısa özəl universitetinə adını yazdırır. Sonra da gəlib deyir ki, mən ali təhsilli stomatoloqam”.

Sevil Rəhmanova onu da əlavə edib ki, təsadüfi adamların diş həkimi kimi işləməsinin cox qorxulu fəsadları var:

“Stomatoloqlar əsasən insanın ağzında işləyir. Ağız boşluğu isə mikroblara və yoluxucu xəstəliklərə çox həssas olur. Ona görə də diş həkimləri xüsusi diqqətli olmalı, davamlı şəkildə strelizə edilmiş alət və vasitələrdən istifadə etməlidirlər. Əks təqdirdə qaynadılmamış alətlər vasitəsi ilə istənilən xəstəlik pasiyentə ötürülə bilər. 

Dövrümüzün bəlası olan Hepatit C-nin diş müalicəsi vasitəsi ilə keçməsi faktı günümüzün reallığıdır. Ona görə də təsadüfi adamların bu sahəyə axını gələcəkdə daha çox fəsadlar yarada bilər”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir