Biləsuvarın Səmədabad kəndində yüz hektarlarla pambıq sahəsi susuzluqdan məhv olmaq üzrədir.
Su təminatı ilə bağlı Səmədabad Sudan İstifadəedənlər Birliyi ilə rəsmi müqavilələrinin olduğunu deyən fermerlər suyun bölgüsünün düzgün aparılmadığını iddia edirlər.
“41 gündür, pambıq su görmür, üç hektarlıq sahəm kül olub”, – deyə fermer bildirib.
Aidiyyəti qurumdan verilən məlumata görə, əraziyə baxış keçirilib, növbəli qrafik əsasında ikinci suvarma işlərinə başlanılıb.
Fermerlər isə bildirirlər ki, indiyə qədər sahələrdə üç dəfə suvarma işləri aparılmalı idi. Bundan sonra veriləcək su isə 350 hektarlıq pambıq sahəsini xilas etməyəcək.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az