Moskva vilayətinin Sergiyev Posad şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş verən partlayışdan sonra 12 nəfərin taleyi naməlum olaraq qalır.
Məlumata görə, partlayış 110-dan çox binaya ziyan vurub, onların əksəriyyəti yaşayış binalarıdır.
Qeyd edək ki, partlayış Sergiyev Posadda “Piro-Ross” şirkətinin pirotexnika anbarında dünən baş verib. Fövqəladə vəziyyət nəticəsində 52 nəfər həkimə müraciət edib, səkkiz nəfər xəstəxanadadır. Partlayış dalğası iki küçədə yaşayış binalarının və sosial müəssisələrin şüşələrini sındırıb.
Mənbə: TASS
www.102info.az