Bakı şəhərində yerləşən istirahət məkanlarından birində ağac gövdəsi pilləkən tutacağı kimi istifadə edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində fəaliyyət göstərən istirahət məkanlarından birində dəmir məhəccər ağaca bərkidilib.
Qeyd edək ki, həmin ağacın dibi betonlanmışdı. Bir neçə gün əvvəl ağacın dibi betondan təmizlənib, amma tədbir görülən zaman ağaca bərkidilən tutacaq çıxarılmayıb.
www.102info.az