Qazaxda kafe sahibi hesaba görə bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib. Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az