“Abituriyentlər hansı sahədə özlərini mütəxəssis kimi görmək istəyirlərsə, o istiqamətdə ixtisas seçməlidirlər”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, valideynlərə müraciət edərək bildirib ki, ixtisas seçimində övladlarının istəyini nəzərə alsınlar:
“Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir”.
www.102info.az