Gəncədə ticarət mərkəzində nöqsanlar aşkarlanıb – FOTO

Cəmiyyət


Gəncədə fəaliyyət göstərən ticarət mərkəzində nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, V.Xuluflu küçəsi 77 ünvanında fəaliyyət göstərən, “Gəncə Bazar Store” MMC-yə məxsus “Grand Qafqaz” ticarət mərkəzində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Yoxlamalar nəticəsində aydın olub ki, ticarət mərkəzində təmizlik və dezinfeksiya işləri mütəmadi olaraq aparılmır, gigiyena qaydalarına ciddi riayət olunmur, süd və süd məhsulları antisanitar vəziyyətdə yerdən yığılaraq saxlanılır. Bununla yanaşı, ticarət mərkəzində satışı həyata keçirilən qida məhsullarının yararlılıq müddətinə riayət edilmədiyi, kərə yağı adı altında istehlakçılara bitki tərkibli spred yağların (Almaniya, Yeni Zelandiya, Moskva, Ancor) təqdim edildiyi aşkarlanıb.

Yoxlama zamanı həmçinin qida məhsullarının emalı yerlərinin, qida məhsulları ilə təmasda olan səthlərin təmirli vəziyyətdə olmadığı və dezinfeksiya işlərinin aparılmasına imkan verəcək şəkildə qurulmadığı, satışı həyata keçirilən ət məhsullarının mənşəyinin məlum olmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir