Ermənilərin özlərinə müttəfiq və müdafiəçi qismində nüfuzu ləkələnmiş insanları tapmaq bacarığı artıq çoxdandır təəccüblü hal deyil.
Bu, bu günün, heç dünənin də işi deyil. Proses hələ Qarabağda separatçı hərəkatın başlandığı dövrdə start götürüb.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bəhs edilir.
O illərdə Qarabağın Azərbaycandan ayrılmasının lehinə kimlərin səs verdiyini xatırlayaq.
Qərb kəşfiyyatının agenti və “yenidənqurma ustası” Yakovlev. SSRİ Daxili İşlər Nazirliyinin sıralarında satqın-korrupsioner Krivopuskov. Görkəmli alim, lakin erməni arvadının zəif iradəli oyuncağı Saxarov. Siyasi karyerasını azərbaycanlıların, elə ermənilərin də kədəri üzərində qurmuş Starovoytova.
Ermənilər heç Qərbdə də müttəfiq və müdafiəçi seçimində sərrastlıqları ilə parlamırlar.
Məsələn, korrupsiya qalmaqalından başları ayılmayan Avropa Parlamentinin deputatı Eva Kayli, ABŞ senatoru Bob Menendesin əməlləri ermənilərdə ikrah doğurmur.
Siyahıya ən böyük məziyyətləri çirklənmiş nüfuz və hüdudsuz tamah olan onlarla, hətta yüzlərlə adamı əlavə etmək olar.
Bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokuroru, argentinalı hüquqşünas Luis Moreno Okampo da ermənipərəst xorunda Qarabağ haqda qərəzli hesabat verməklə səsini yüksəltdi.
Daha ətraflı videosüjetdə:
www.RIA24.az