Abşeron rayonunun Novxanı kəndində bir nəfər dənizdə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir km aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
www.102info.az