“Hərbi əsirlər mövzusu həllini tapıb”.
Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
O bildirib ki, üçtərəfli bəyanatdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə terrorçular göndərilib.
“Anti-terror əməliyyatları ilə 62 terrorçu saxlanılıb. Onlar hərbi əsir sayıla bilməz”, – deyə C.Bayramov əlavə edib.
O bildirib ki, Ermənistanın spekulyasiyaları dünya ictimaiyyətinin diqqətini məsələnin əsas mahiyyətindən yayındırmaq cəhdləridir.
Aqşin Kərimov