Qax rayonunda intihar hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İlisu kəndində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Mürsəlovun meyiti çay kənarındakı ağacdan asılı vəziyyətdə aşkar edilib.
İlkin araşdırma zamanı T.Mürsəlovun intihar etdiyi müəyyənləşib.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az