Qazax sakini Ağstafada narkotik və silahla yaxalandı – FOTO/VİDEO

Kriminal


Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, Qazax rayon sakini Ruslan Cəfərov Ağstafaya gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. R.Cəfərova məxsus idman çantasından müxtəlif bükümlərdə ümumi çəkisi 757 qram narkotik maddə olan heroin, iki kiloqramdan artıq marixuana və iki ədəd tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir