Ukrayna vətəndaşı olan azərbaycanlı polislər raket zərbəsi nəticəsində xəsarət alıblar – FOTO

Dünya


Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə bir neçə gün əvvəl Rusiya ordusu tərəfindən növbəti ağır raket zərbələri nəticəsində azərbaycanlılar da xəsarət alıblar.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunlar Ukrayna Milli Polisinin Pokrovsk şəhəri üzrə əməkdaşları – baş çavuşlar Nurlan İntiqam oğlu Nuriyev və Rasim Fikrət oğlu Nuriyevdir.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan hər iki azərbaycanlı polis əmioğludur. Onlar xidmət zamanı Pokrovska endirilən raket zərbələri zamanı ağır yaralanıblar. Hər ikisinin vəziyyəti orta-ağırdır və vilayətlərdən birindəki hospitalda müalicə olunurlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir