Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, Türkiyə çempionu “Qalatasaray” öz meydanında “Olimpiya”nı (Sloveniya) qəbul edəcək. Komandalar arasındakı ilk oyunda “sarı-qırmızılar” inamlı qələbə qazanıblar.
Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiyada AEK-i (Yunanıstan) sınağa çəkəcək. Bu, komandalar arasında ilk matç olacaq. Ötən həftə Yunanıstanda keçirilməli olan görüş azarkeşlər arasında baş tutan qarşıdurma səbəbindən təxirə salınıb.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi (cavab oyunları)
15 avqust
21:00. “Aris” (Kipr) – “Rakuv” (Polşa)
İlk oyun – 1:2
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya)
İlk oyun – 2:1
21:00. “Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka)
İlk oyun – 0:0
21:00. “Molde” (Norveç) – “Klaksvik” (Farer adaları)
İlk oyun – 1:2
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan)
22:00. “Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya)
İlk oyun – 3:0
22:00. “Baçka Topola” (Serbiya) – “Braqa” (Portuqaliya)
İlk oyun – 0:3
22:30. “Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 1:2
22:30. “Şturm” (Avstriya) – PSV (Niderland)
İlk oyun – 1:4
23:00. “Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
İlk oyun – 0:1
www.102info.az