Göygöl şəhərində fərdi yaşayış evində uçqun nəticəsində dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, şəhərdə fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Emin Əlivənd oğlu Cəfərovun meyiti FHN-in qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, evin zirzəmisinin çökməsi zamanı bir nəfər dağıntılar altında qalmışdı.
www.102info.az