Polisin xidməti avtomobilində alışma baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, paytaxtın Yasamal rayonunda duracaqda olan post-patrul avtomobilində alışma baş verib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə alışma mühərrik hissədə qısaqapanmadan baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az