Rusiyanın “Taxıl müqaviləsi”ndən çıxmasından sonra Ukrayna limanlarını tərk edən ilk quru yük gəmisi artıq Bosfor boğazına daxil olub.
Məlumata görə, Honkonq bayrağı altında üzən “Joseph Schulte” adlı konteyner gəmisi avqustun 17-də axşam saatlarında İstanbulda (Türkiyə) Ambarlı limanına girib. Kənd təsərrüfatı məhsulları daşıyan yük gəmisinin marşrutu barədə məlumat verilmir.
Qeyd edək ki, avqustun 10-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Çernomorsk, Odessa və Yujnı limanlarına gedən və ya oradan çıxan ticarət gəmiləri üçün Qara dənizdə müvəqqəti dəhlizlər elan edib. Eyni zamanda, Kiyev xəbərdarlıq edib ki, marşrutda hərbi təhlükə və mina təhlükəsi qalmaqdadır, buna görə də sahibləri və kapitanları bu şəraitdə üzməyə hazır olduqlarını rəsmən təsdiqləyən gəmilərin keçməsinə icazə verilir.
Xatırladaq ki, 2022-ci ilin iyulun 22-də Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Saziş bu il iyulun 17-də başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.
Mənbə: NTV
www.102info.az