Güneyli fəallar girov müqabilində azadlığa buraxıldılar – FOTO

Dünya


Güneyli fəallar Abdullah Ənsari, Kərim İsmayılzadə və Mehdi Nəsirzadə girov müqabilində azadlığa buraxılıblar.

“Azad İran” “Telegram” kanalının verdiyi məlumata görə, bu barədə onların qohumları xəbər veriblər.

Bildirilir ki, fəalların hər biri üçün 900 milyon tümən (36 min 470 manat) girov ödənilib.

Xatırladaq ki, güneyli fəallar “Traktor” futbol komandasının oyunundan öncə stadiona daxil olmaq istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdılar.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir