30 il öncə itkin düşən şəxsin qalıqları Xocavəndəki kütləvi məzarlıqda tapıldı

Cəmiyyət


1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.

O bildirib ki, əmisinə məxsus qalıqlar bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda tapılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir