Rusiya, Türkiyə və Qətər “Taxıl sazişi”nə alternativ ola biləcək yeni saziş hazırlayır.
Məlumata görə, təşəbbüs çərçivəsində ərzaq əsasən Afrikadakı yoxsul ölkələrə göndəriləcək.
Çatdırılmaların təşkilatçısının Türkiyə, sponsorunun isə Qətər olacağı bildirilir.
KİV-də razılaşmanın gələn həftənin sonu Budapeştdə bağlana biləcəyi iddia olunur.
Xatırladaq ki, iyulun 17-də Rusiya başa çatan taxıl müqaviləsini yeniləməkdən imtina etmişdi.
Mənbə: Bild
www.102info.az