Sosial şəbəkələrdə Türkiyənin “xalı tarlası”ndan görüntülər yayılıb. İstifadəçilər videonu böyük maraqla qarşılayıblar.
Kadrlar Antalyanın Döşemealtı bölgəsindəndir. Məlumata görə, qışda buğda əkilən bu tarlalar yayda məhsul yığımından sonra xalçaçıların üzünə açılır.
Torpaq sahibləri və ya müəssisələr əvvəlcə xalça və kilimləri, o cümlədən yüz illik tarixə malik olanları təmir edir, sonra onları mikroblardan təmizləmək üçün steril hovuzlara qoyurlar.
Daha sonra günəş altına sərilir, müəyyən aralıqlarla çevrilirlər.
Döşəndiyi ərazini milyon dollarlıq “xalı tarlası”na çevirən əllə toxunmuş xalçalar və kilimlər günəş altında mikroblardan təmizləndikdən və rəng çalarları oturduqdan sonra müştərilərinin ixtiyarına verilir.
Aralarında 400 min lirə dəyərində xalılar da olan bu əsərlər axşam saatlarında növbə ilə torpaq sahibləri tərəfindən oğrulardan və yağışdan qorunur.
Mənbə: TRT Haber
www.RIA24.az