Rusiyada təqaüdçü 20 min rubl (364 manat) pul xərcləyərək Özbəkistan vətəndaşlarını qul kimi istismar edib.
Məlum olub ki, 71 yaşlı Rusiya vətəndaşı Özbəkistandan olan iki mühaciri altı ay həyətində işlədib.
Əməklərindən sui- istifadə olunan şəxslərdən biri olan qadının 27, kişinin isə 31 yaşı olub.
Nəhayət onun həyətinə yoxlamaya gələn hüquq-mühafizə orqanlarının əməkdaşları təqaüdçünün qanunsuz hərəkətini ifşa ediblər.
Yaşlı kişi saxlanılıb, o, insanların azadlıqlarını məhdudlaşdırmaqda və qanunsuz miqrasiyanın təşkilində ittiham olunur.
Mənbə: Shot
www.102info.az