Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 1968-ci il təvəllüdlü Fazil Alıyev bədənin bir çox hissəsinin kəsilmiş, deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. 55 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, F.Alıyev dostu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az