Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Cəmiyyət


Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

“Report”un xəbərinə görə, hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü İlqar Əhmədağa oğlu Zeynalov idarə etdiyi UAZ markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri – Seymur Elxan oğlu Zeynallı və İsmət Etibar oğlu Zeynallı xəsarət alıblar. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir