Bu gün Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 23-cü kilometrliyində, Xaçmaz şəhəri ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində idarəetməni itirən VAZ-2107 markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az