Nazirlik işçilərin məzuniyyət pullarının ödənilməməsinə aydınlıq gətirdi – FOTO

Mədəniyyət


Mədəniyyət Nazirliyi Qarabağ, Şərqi Zəngəzur və digər regional mədəniyyət idarələrində işçilərin əməkhaqları və məzuniyyət pullarının ödənilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyin Kommunikasiya və Media Şöbəsinin rəhbəri Aynur Kərimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qarabağ Regional Mədəniyyət İdarəsi üzrə 2023-cu ilin yanvarın 1-dən indiyə kimi 3 406 nəfər məzuniyyət hüququndan istifadə edib:

“Bu da işçi sayının üçdəiki hissəsini təşkil edir. Eyni zamanda, qeyd edək ki, nazirliyin regional mədəniyyət idarələri Azərbaycan Respublikasının iqtisadi rayonlarında formalaşdırılıb. Bu çərçivədə əməkdaşların idarələrə yenidən götürülməsi, maliyyə vəsaitlərinin bölüşdürülərək ödənilməsi mərhələli və qısa zamanda planlaşdırılıb”.

A.Kərimova əlavə edib ki, Qarabağ Regional Mədəniyyət İdarəsində isə bu ödənişlər verilib:

“Digərlər regionlarda da qısa müddətdə ödənişlərin reallaşması üçün işlər görülür”. 

Qeyd edək ki, bir müddət əvvəl nazirliyin regional mədəniyyət idarələrində işçilərin əməkhaqları və məzuniyyət pullarının ödənilməməsi ilə bağlı məlumatlar yayılıb. 

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir