Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İsmayıllı rayonunda respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 20-ci kilometrliyindən ayrılan Zərgəran avtomobil yolunu təmir edir.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir olunan yolun uzunluğu 2,9 km, eni ortalama 5 metr təşkil edir. Yolboyu yararsız qrunt qazılıb kənarlaşdırılıb, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.
Yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunaraq, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.
Sonda yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.
www.102info.az