Finlandiya hakimiyyəti Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır.
Bu barədə ölkə hökumətinin başçısı Petteri Orpo Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hökumət artıq 18-ci yardım paketini hazırlayır.
“Biz bu həftə qərar qəbul edib, daha ətraflı məlumat verəcəyik”, – deyə hökumət başçısı öz rəsmi saytında yazıb.
Qeyd edək ki, Finlandiyanın Ukraynaya göstərdiyi yardımın ümumi məbləği 1,7 milyard, hərbi yardımın məbləğı isə 1,2 milyard avrodur.
Mənbə: TASS
www.102info.az