Məhəmməd Salah İngiltərənin “Liverpul” klubunu tərk etməyə hazırlaşır.
Misirli forvard karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. “Əl-İttihad” klubu forvarda ölkə çempionatındakı ən yüksək məvacibi təklif edib. Salah təklifə müsbət yanaşır.
“Liverpul”un bu məsələdə mövqeyi hələlik bəlli deyil.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edir.
Mənbə: relevo.com
www.102info.az