Azərbaycan və Belçikanın XİN başçıları Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər

Siyasət


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Hadija Labib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bunu C.Bayramov avqustun 24-də Bakıda H.Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.

C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

C.Bayramov söyləyib ki, görüş zamanı Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirin sözlərinə görə, Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir:

“2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon dollar olub. Belçikadan Azərbaycana 120 milyon, Azərbaycandan Belçikaya 250 milyon dollar investisiya qoyulub”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir