Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir? – FOTO

Dünya


Bir gün əvvəl Tver vilayətində (Rusiya) göyərtəsində, ehtimal ki, “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbərliyinin olduğu təyyarə qəzaya uğrayıb. “Rosaviasiya” təyyarədə olması nəzərdə tutulan şəxslərin siyahısını dərc edib. KİV-in məlumatına görə, ölənlərin siyahısında milliyyətcə tatar olan ikinci pilot Rüstəm Kərimov da var – o, Permdən olub.

Qəzaya uğrayan “Embraer”in göyərtəsində olan Perm pilotunun həlak olması ilə bağlı məlumatı onun atası Şükür Kərimov təsdiqləyib.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətində “Embraer” təyyarəsi qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə ekipaj üzvləri də daxil olmaqla 10 nəfər olub. Onların hamısı ölü kimi siyahıya alınıb.

KİV-in məlumatına görə, sərnişinlər arasında “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin də olub. Digər sərnişin Priqojinin “sağ əli” adlandırılan səhra komandiri Dmitri Utkindir.

Mənbə: 59.RU

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir