Bu yay Fransanın PSJ klubundan ABŞ-nin “İnter Mayami”sinə keçən Lionel Messi cangüdənin müşayiəti ilə gəzməyə başlayıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Məlumata görə, Mayamidə futbolçuya diqqətin çox olması onu cangüdənlə gəzməyə vadar edib.
Maraqlıdır ki, cangüdən işi ilə bağlı ifrata varıb. O, Messini hətta meydanda da tək buraxmır. Cangüdən məşqçi kimi meydançanın kənarında argentinalı ulduza yaxın yerlərdə hərəkət edir, lazım gəldikdə meydana çıxıb qazonda Lioneli müşayiət etməyə başlayır.
Qeyd edək ki, Messi “İnter Mayami” karyerasına uğurlu start verib. Forvard ABŞ klubunda səkkiz matçda 10 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin, MLS (“Major League Soccer”) və Meksika çempionatının komandalarının iştirak etdiyi Liqa Kubokunun qalibi olub.
www.102info.az