“Qardaşım 1990-cı ilin yanvarında Bakıdakı hadisələr zamanı iki dostunu itirmişdi. Bundan sonra ondakı qisas əzmi heç vaxt sönmədi. Həmişə qisas hissi ilə alışıb-yanırdı”.
Bunu Oxu.Az-a açıqlamasında 31 il sonra meyit qalıqları tapılan Nofəl Qurbanovun qardaşı Namiq Qurbanov deyib.
Onun sözlərinə görə, qardaşının nəşinin qalıqlarının tapıldığını eşidəndə göz yaşlarını saxlaya bilməyib:
“Nofəl 1991-ci ildə könüllü olaraq birinci batalyonun tərkibində döyüşlərə qatılıb. Qardaşım çox həssas, vətənpərvər oğlan idi. Ailəsinə də dostlarına qarşı da çox qayğıkeş olub. Döyüşlərdə böyük şücaət göstərib”.
O əlavə edib ki, daha qardaşına görə gözləri yolda qalmayacaq:
“Bizim də şəhidimizi ziyarət etməyə yerimiz olacaq”.
İlhamə Əbülfət
www.102info.az