12 müəllim Şuşa və Füzulidə işləyəcək

Cəmiyyət


21-23 avqust tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vakansiya seçimi mərhələsində uğur qazanan 1 045 namizəd müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, MİQ-in vakansiya seçimi mərhələsində uğur qazanan 12 namizəd Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə müddətli müqavilə əsasında müəllimlik fəaliyyətinə başlayacaq.

Namizədlər 29 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışlarının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir