Suraxanıda qadını kirayə qaldığı evdə öldürüblər – YENİLƏNİB + VİDEO

Kriminal


Növbəti qadın cinayətinin ünvanı Suraxanı rayonu Hövsan qəsəbəsidir. Belə ki, 45 yaşlı Könül Cəfərova tanışı Hüseynov Səbuhi tərəfindən yaşadığı mənzildə paltarla boğularaq qətlə yetirilib.

Mərhumun qonşularının dediyinə görə, K.Cəfərova kirayədə qalıb. Əvvəl bağçada işləyib. Dul qadın olub, bir qızı və bir nəvəsi var.

Qeyd edək ki, Könül Cəfərovanı paltarla boğan Səbuhi Hüseynov polisə gedərək könüllü təslim olub.

11:56

Avqust ayının 24-ü saat 22:00 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir