Türkiyədə fevral ayında episentri Kahramanmaraş olan dəhşətli zəlzələdən böyük ziyan görən Hatayda qəzalı binaların sökülməsi işləri davam edir. Belə ki, çoxmərtəbəli binalar nəzarətli şəkildə dinamitlə partladılır.
Bunlardan biri də Defne mahalının Çekmece məhəlləsində yerləşən 16 mərtəbəli yaşayış evidir.
Nəhəng binanın yerlə bir edildiyi anlar mobil telefon kamerası ilə sakinlər tərəfindən qeydə alınıb.
Xatırladaq ki, bir neçə gün öncə iki 16 mərtəbəli bina dinamitlə nəzarətli partlayışla dağıdılmışdı.
Mənbə: TRT Haber
www.102info.az