Siyəzənin Gənclik qəsəbəsində yaşayan insanların kanalizasiya və çirkab problemi bitmək bilmir.
Xezerxeber.az xəbər verir ki, kanalizasiya suları və çirkab binaların zirzəmilərinə dolur. Mövcud antisanitar şərait sakinləri təngə gətirib.
320 ailənin yaşadığı Gənclik qəsəbəsində sakinlər binaların çökmə ehtimalından ehtiyat edirlər.
Rayon mərkəzindən çox uzaqda olmayan bu yaşayış massivi diqqətdən kənarda qalıb.
Məsələ ilə bağlı Siyəzən rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsindən bildirilib ki, sözügedən qəsəbədə yaxın günlərdə problemin aradan qaldırılması üçün işlərə başlanacaq.
Görünən odur ki, problem yaxın gələcəkdə həll ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
www.102info.az