Güneyli şair-fəal Məhəmməd Şeyx əl-İslami (Haqsevər) həbs olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, o, Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində SEPAH-ın ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik) qüvvələri tərəfindən evinə basqın edilməklə həbs olunub.
Qeyd edək ki, şairin həbsinin səbəbi və hara aparıldığı barədə məlumat yoxdur.
www.RIA24.az