Qazaxıstanın Almatı şəhərində minik avtomobilinin avtobus dayanacağına çırpılması nəticəsində yeddi nəfər xəsarət alıb.
Məlumatı Almatının Baş Polis İdarəsi də təsdiq edib.
Qeyd olunur ki, hadisəni törədən 36 yaşlı sürücü “Mercedes-Benz” markalı avtomobildə olub. O, idarəetməni itirib və avtomobil avtobus dayanacağına çırpılıb.
Xəsarət alan piyadalar tibb müəssisələrinə yerləşdiriliblər.
Onların sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.
Mənbə: Sputnik Qazaxıstan
Mənbə: Sputnik Qazaxıstan
www.102info.az