Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, paytaxtın “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən Hüseyn Cavid parkı ətrafında taksi kimi fəaliyyət göstərən “Mercedes C klass” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər etdiyi üçün polis əməkdaşları tərəfindən təqib edilib.
Polisin qanuni “saxla” əmrinə tabe olmayan sürücü saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
www.102info.az