Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Axtaçı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Aydan Ayaz qızı Fərzəliyeva yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az