Naxçıvanın Babək rayonunun Buzqov, Payız və Cəhri kəndlərinə yağan intensiv yağış Cəhri çayında selə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində təsərrüfatlara və əhaliyə ziyan dəyməyib.
Rayon sakinlərinin sözlərinə görə, bu kimi hallarda çaylarda sututarlara və su anbarlarına ehtiyac yaranır. Onlar qeyd ediblər ki, belə olan halda sel zamanı axan sulardan təsərrüfatlarda istifadə edilə bilər.
Qeyd edək ki, Cəhri çayı Naxçıvanın ən uzun çayıdır və Babək rayonunun Yuxarı, Aşağı Buzqov, Payız, Gülşənabad və Cəhri kəndlərindən keçərək Naxçıvan çayına birləşir, daha sonra isə Araz çayına tökülür.
www.102info.az