İradə Həsənzadə son hökmünü oxudu

Cəmiyyət


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə hakimlik fəaliyyətini yekunlaşdırıb.

Oxu.Az-ın məlumatına görə, yaş həddi ilə bağlı onun hakimlik səlahiyyəti müddəti başa çatıb.

Belə ki, İ.Həsənzadə hakim icraatında olan sonuncu cinayət işi üzrə hökmü oxuyub.

Qeyd edək ki, İradə Həsənzadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.

2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir