Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, 1982-ci il təvəllüdlü Cavanşir İlyas oğlu Cəfərzadə tanıdığı şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az