“Arayik Arutyunyan artıq istifadə olunmuş siyasətçidir. İnanmıram ki, onun siyasətə və ya haradasa rəhbərliyə qayıtmağa imkanı olsun”.
Bunu “Unikal”a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Siyasətçi separatçıların liderinin Qarabağdan qaçması xəbərləri ilə bağlı qeyd edib ki, gec-tez Arutyunyan da məsuliyyətə cəlb olunacaq:
“Bundan sonra hara qaçacaq? Qaçmaq istəyirsə, qaçsın. Amma gec-tez məsələsi var. Necə digərləri məsuliyyətə cəlb olunurlarsa, onun da öz cəzasını çəkməsi birmənalıdır. Bu, artıq Baş Prokurorluğun işidir.
İndi yalnız qarşıya baxmalıyıq. Görək yeni “dövlət naziri” hansı mövqedə çıxış edəcək? O, Azərbaycan tərəfi ilə təmasda olub, Xocalıda görüşüblər”.
www.102info.az