Çinin Honkonq şəhərində uşaqları daşıyan məktəb avtobusu ilə ikimərtəbəli şəhər avtobusu toqquşub. Nəticədə 40-a yaxın insan xəsarət alıb.
Məlumata görə, insident yerli vaxtla səhər saat səkkiz radələrində (Bakı vaxtı ilə 04:00) Lantau adasının şimalında baş verib.
Qeyd olunur ki, toqquşma nəticəsində məktəb avtobusu yoldan çıxaraq ağaclara çırpılıb, nəqliyyat vasitəsinin ön hissəsinə ciddi ziyan dəyib.
Qəzanın səbəbi barədə hələlik məlumat verilmir.




Mənbə: TASS
www.102info.az